15 iyul 2021 11:38
1902

SOCAR-ın "Telegram" səhifəsi Tağıyevin neft quyusu haqqında paylaşım edib

SOCAR-ın "Telegram" səhifəsi XIX əsrin sonlarında Hacı Zeynalabdin Tağıyevin neft quyusunun fontan vurması haqqında paylaşım edib.

"İki sahil" xəbər verir ki, paylaşımda “1880-ci ilin mayında Hacı Zeynalabdin Tağıyevin daha bir quyusu fontan vurur. Açılış mərasimində Hacı elan edir ki, bu quyu böyük kimyaçı Dmitriy Mendeleyevin oğlu Vladimirin adını daşıyacaq. O dövrdə alimin Bakı neft sənayeçilərinin toplantılarında iştirak etməsi, Bakı neftinin əhəmiyyətini və gələcək perspektivlərini düzgün qiymətləndirməsi Hacı Zeynalabdin Tağıyevi belə bir jestə sövq etmişdi”- qeyd edilib.