SOCAR-ın "Telegram" səhifəsində Azərbaycanda ilk dəfə keçirilən “Yüksəliş” müsabiqəsinin qalibləri sırasında SOCAR ailəsinin daha bir üzvü haqqında paylaşım edib.
"İki sahil" xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən “Yüksəliş” müsabiqəsinin qalibləri sırasında SOCAR ailəsinin daha bir üzvü - Güldanə Hidayətli də var.
paylaşımda qeyd olunur ki, 11 min 760 nəfər arasından seçilən G.Hidayəti idarəçilik bacarıqları və səriştələri ilə fərqlənən şəxslərdən biridir və ilk 20-likdə yer alaraq 19-cu pilləyə yüksəlib: G.Hidayətlinin ən çətin proqram və imtahan prosesi olan Bakı Ali Neft Məktəbində təhsil alması müsabiqənin yarımfinal və final mərhələsində gərgin mübarizədən sonra qalib olmasına kömək edib. Hazırda BANM-nin Keyfiyyətin təminatı şöbəsinə rəhbərlik edən xanım həmkarımız ona yatırılan 20 min AZN sərmayəni beynəlxalq proqramlarda iştiraka və akademik (PhD) təhsilə sərf edəcəyini bildirir.”