30 iyul 2021 20:16
734

UEFA “Neftçi”nin müdafiəçisinə sərt cəza verib

Yunanıstanda “Olimpiakos”a qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulan “Neftçi”nin futbolçusu Mert Çelikin cəzası açıqlanıb.

“İki sahil” xəbər verir ki, 21 yaşlı müdafiəçi iki oyunluq diskvalifikasiya olunub. Bu isə o deməkdir ki, Pirey təmsilçisi ilə cavab matçını buraxan gənc oyunçu Bakıda Finlandiya HİK-inə qarşı Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə də meydana çıxa bilməyəcək.

Mert Çelik “Olimpiakos”la oyunun 63-cü dəqiqəsində rəqibin yarımmüdafiəçisi Oleq Ryabçukun sifətinə təpik zərbəsi endirdiyi üçün qırmızı vərəqə alıb.