14 sentyabr 2021 23:04
612

Çempionlar Liqasında sensasiya

UEFA Çempionlar Liqasında qrup mərhələsi 2 oyunla start götürüb.

“İki sahil” xəbər verir ki,  G qrupunun görüşündə "Sevilya" İspaniyada Avstriya "Zaltsburq"u ilə heç-heçə edib - 1:1. Bu görüşdə hər iki qol penalti ilə vurulub. Qonaq komandadan Luka Suçiç 21-ci, meydan sahiblərindən İvan Rakitiç 42-ci dəqiqədə fərqlənməyi bacarıb. Daha bir penaltini Suçiç 37-ci dəqiqədə qaçırıb.

"Zaltsburq" "Seviya"nın hücumçusu Yussef En-Nesirinin 50-ci dəqiqədə qırmızı vərəqə almasından sonra da qələbə topunu vura bilməyib.

İsveçrədə "Yanq Boyz" və İngiltərə "Mançester Yunayted"i arasındakı F qrupunun görüşündə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. 35-ci dəqiqədə Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.