"Barselona"nın prezidenti Joan Laportanın klubun baş məşqçisi Ronald Kumanla görüşünün növbəti detalları açıqlanıb.
"İki sahil" "Deportes Cuatro" nəşrinə istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Bavariya"ya 0:3 hesablı məğlubiyyətdən sonra olan görüş zamanı klub prezidenti niderlandlı mütəxəssisi istefaya göndərməsə də, ona ultimatum verib. Belə ki, Kumanın komandadakı vəziyyəti düzəltmək üçün dörd oyunu var.
Sentyabrda "Barselona" La Liqada "Qranada", "Kadis", "Levante" və Çempionlar Liqasında "Benfika" ilə matçlara çıxacaq.
Kumanın komandası müsbət nəticələr əldə etməsə, Laporta baş məşqçini istefaya göndərə bilər.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar