16 sentyabr 2021 20:39
891

Dağıstanda 24 nəfər zəhərləndi

Dağıstanın paytaxtı Mahaçqalada uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Bildirilir ki, Mahaçqalada bir məktəbdə yuxarı sinif şagirdləri naməlum qaz püskürdüblər. Nəticədə, 19 şagird xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün reanimasiyada olduğu bildirilir. Qeyd olunur ki, ümumilikdə 24 nəfər zərər çəkib. Onlar arasında 2, 5, 9, 10-cu sinif şagirdləri, həmçinin bir müəllim var.

İlkin məlumatlara görə, insident 9-cu sinif şagirdləri tərəfindən törədilib və havaya püskürdülən bibər qazı olub. 

Hazırda İstintaq Komitəsinin əməkdaşları hadisə yerinə yollanıb.