26 sentyabr 2021 19:19
412

"Real" Pelleqrini üçün israrlıdır

"Real" "Roma"nın futbolçusu Lorenso Pelleqrinini transfer etməkdə israrlıdır.

"Roma" 25 yaşlı yarımmüdafiəçisi ilə sözləşməni yeniləmək istəyir. Lakin oyunçu klubunu dəyişmək niyyətindədir. Onun qış transfer pəncərəsində Madrid təmsilçisinə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Pelleqrini bu mövsümün 8 oyununda 6 qol vurub.

Qol.Az