Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Neftçi" "Sumqayıt"ın qonağı olur.
“İki sahil” xəbər verir ki, gənclik şəhərinin təmsilçisi matçın 50-ci dəqiqəsində Murad Xaçayevin qolu ilə hesabı açıb. 4 dəqiqə sonra Sabir Buqrin hesabı bərabərləşdirib 1-1. Qarşılaşma bu hesabla da başa çatıb.
17 oktyabr (bazar)
16:30. “Sumqayıt” 1–1 “Neftçi”
Qol: Murad Xaçayev, 50 (1:0), Sabir Buqrin, 54 (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”