Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
“İki sahil” xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 6-da Yaponiya ilə qarşılaşacaq.
Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III mərhələsi keçirilib