Fransanın PSJ klubu evdə Almaniya "Leyptsiq"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının (ÇL) qrup oyununda daha bir futbolçusunun xidmətindən yararlana bilməyəcək.
"İki sahil" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu Mauro İkardi ailə problemlərinə görə bugünkü qarşılaşmada iştirak etməyəcək.
Xəyanət səbəbindən həyat yoldaşı və meneceri Vanda Nara ilə boşanmaq ərəfiəsində olan 28 yaşlı forvard klub rəhbərliyindən icazə alıb. Psixoloji durumu yaxşı olmayan futbolçu meydana çıxa bilməcəyini söyləyib.
Daha əvvəl PSJ-nin heyətində Neymar, Serxio Ramos və Leandro Paredesin "Leyptsiq"ə qarşı oynamayacağı dəqiqləşib.
Qeyd edək ki, PSJ - "Leyptsiq" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar