25 oktyabr 2021 21:21
735

Şagird dərsdən yayınmaq üçün ikinci mərtəbədən aşağı tullanıb

Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə məktəbdən bildirilib.

Hadisə nəticəsində şagirdin qaşı partlayıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.

3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub. Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.