25 noyabr 2021 13:36
825

Ermənistan Türkiyədən tikinti materiallarının idxalına qadağanı aradan qaldırır

2022-ci il yanvarın 1-dən Türkiyədən Ermənistana tikinti materiallarının idxalı qadağası aradan götürüləcək.

"İki sahil" bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, növbəti aylarda Ermənistanın Türkiyədən geyim, ayaqqabı, kosmetika və digər məhsulların idxalına qadağanı aradan qaldıracağı da gözlənilir.