19 yanvar 2022 14:58
802

İnkar etdikləri eşq macərası 3 ay çəkdi

Türkiyəli aktrisa Serenay Sarıkaya ilə sevgilisi, iş adamı Umut Evirgan ayrılıb.

"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, 3 aydır birlikdə olan cütlük Parisdən qayıtdıqdan sonra münasibətlərini sonlandırıb. İkilinin hansı səbəbdən ayrıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, aktrisa münasibətlərini inkar etsə də, Umut xəbərləri təsdiqləyərək "Bəli, Serenayla sevgiliyik" açıqlamasını vermişdi.

Umut sonuncu dəfə aktrisa Melisa Şenolsunla, Serenay isə Cem Yılmazla münasibətdə olub.