20 yanvar 2022 18:55
686

Daxili İşlər Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsini yad ediblər.

“İki sahil” xəbər verir ki,  DİN-in mətbuat xidmətindən bildiriblər ki, nazirliyin kollektivi Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə anıb.