12 mart 2022 08:26
713

Təbii fəlakətlərə tab gətirən üzən şəhər

Haiti təbii fəlakətlərin çox olduğu bir ada ölkəsidir.

"İki sahil" xarici saytlara istinadla xəbər verir ki, bu baxımdan memar E. Kevin Şopfer 30 min əhalisi olan yeni üzən şəhər layihəsini təqdim edib.

Şəhər diametri 3 kilometr olan, kompleks xətti kanallar sistemi ilə bir-birinə bağlanmış üzən modullardan ibarətdir. Maraqlıdır ki, qasırğalara tab gətirən şəhər ehtiyac yaranarsa genişləndirilə bilər.