Arıqlamaq üçün bir çox üsullar var məsələn: müxtəlif pəhrizlər, yağlı və zülallı yeməklərin azaldılması və s. Bu yazıda isə sağlam arıqlamağa yardım edəcək təbii vasitələr haqqında bəhs edəcəyik. Bəs görəsən bu təbii vasitələr hansılardı və onlardan necə düzgün istifadə edilməlidir?
Yaşıl çay
Yaşıl çay maddələr mübadiləsi üçün və kiloverici xüsusiyyəti ilə möcüzəvi bir içkidir. Ancaq mütəxəssislər yaşıl çayı gün ərzində iki stəkan artıq içməyi tövsiyə edir. Əgər arıqlamaq üçün istifadə edirsinizsə, yaşıl çayı isti içmək məsləhətlidir.
Çəkinizin tez azalmasını istəyirsinizsə, yaşıl çayın içinə bir neçə damcı limon əlavə edin. Limon təbii toksinlər sayəsində bədəninizi təmizləyər, xolesterol səviyyəsini aşağı salar. Əgər yaşıl çayın təbii dadını sevmirsinizsə, bal əlavə edə bilərsiniz. Paketlərdə satılan yaşıl çayın son istifadə tarixinə baxmağı unutmayın.
Su ilə limon
Arıqlamaq üçün suyun içinə limon şirəsi əlavə edərək içilməsi faydalıdır. 2008-ci ildə Sugiyama Jogakuen Universitetində (Yaponiya) bununla bağlı keçirilən bir araşdırma limonun tərkibindəki polifenolların çəki itirilməsinə yardımçı olduğunu göstərib. Fincana qaynar su tökün və ona bir xörək qaşığı təzə sıxılmış limon suyu əlavə edin. Bir fincan səhər, bir fincan axşam – yatmazdan əvvəl için.
Razyana toxumları
Razyana toxumlarıda çəki atmaq prosesində sizə yardımçı olacaq. Bunun üçün razyana toxumlarından 2 cür istifadə edə bilərsiniz. Birincisi, onları dəmləyərək istifadə etmək olar. Dəmlənməsi üçün əvvəlcə toxumlarını əzməlisiniz. Daha sonra qaynadılmış suya əlavə edin. Qapağı örtərək 5 dəqiqə dəmləməyə qoyun, süzüb, isti-isti için. İkincisi, toxumları əzərək, gecədən ilıq suya əlavə edin. Səhər durduqda isə ac qarnına həmin məhlulu içərək, həzm prosesini yaxşılaşdıra bilərsiniz.
Həmçinin hər səhər bir stəkan ilıq suya bir çay qaşığı razyana toxumları, zeytun, nanə yağlarından birini əlavə edib içməklə, günə 200-300 qr çəki atmaq olur. Yağlardan hər gün birini istifadə etməklə növbələmək olar. Suya yağ damcıladıb qəbul etmək orqanizm üçün faydalıdır. Həzmi yaxşılaşdırır, metobolizmi sürətləndirir, toksin və sidik turşusunu çıxarır, böyrəkləri təmizləyir, qan dövranını yaxşılaşdırır.
Rozmarin
Araşdırmalar təsdiq edir ki, rozmarin çəki atmanıza da kömək edir. Rozmarindən yeməklərin hazırlanması zamanı da az miqdarda istifadə edə bilərsiniz Rozmarinin yarpaqlarından özünüzə çay hazırlaya bilərsiniz. Bu çay orqanizminizin dincəlməsinə və sakitləşməsinə kömək edəcək.
Həzmsizlikdən əziyyət çəkənlərə kömək edən rozmarin çayı toksinlərin bədəndən çıxarılmasına və qəbizliyin aradan qaldırılmasına kömək edir. Bundan əlavə, qarınınıza rozmarin yağı çəkdiyiniz zaman tərləmə ilə həmin bölgədəki artıq piylərdən azad ola bilərsiniz.
Zəncəfil
Zəncəfil arıqlamaq üçün ən məşhur vasitələrdəndir. Onun tərkibindəki 50-yə yaxın faydalı komponent vardır. Bu maddələrin sayəsində zəncəfil həm çəkini azaldır, həm də orqanizmi vitamin-minerallarla təmin edir. Qızdırıcı təsiri hesabına bədənə tonus və enerji verir. Gündəlik dozası maksimum 4 qr-dır.
Ancaq zəncəfilin arıqlamaq üçün faydalarından başqa, bəzi əks-göstərişləri də mövcuddur. Belə ki, mədə-bağırsaq problemləri, yüksək təzyiq, allergiya, hamiləlik, südvermə zamanı onun istifadəsi qadağandır.
Samirə Tağıyeva, “İki sahil”