28 aprel 2022 17:45
1613

Hansı idman növləri daha faydalıdır?

İdman sağlamlığın rəhnidir.  İdmanın bədəninizə  faydası olduğu danılmazdır.

Bəziləri divanda yataraq gənclik dərmanı arzusunda olduğu bir zamanda Kanada Universitetinin alimləri ilk sınağı siçanlar üzərində aparıblar.

Belə ki, bir qrup heyvan təkərdə bir həftədə 3 gün 45 dəqiqiə qaçır. 8 aydan sonra nəticələr yoxlanılıb.Nəticədə bəlli olub ki, idman etməyən heyvanlar qocalıblar. Onların tükləri bozarıb, əzələləri yumşalıb, beynin həcmi kiçilib. Qaçanlar isə olduqları kimi qalıblar. 35-40 yaşdan sonra əzələ kütləsində azalma başlayır, bədən elastikliyini itirir. Lakin bəzi hərəkətləri vaxtında etməklə siz uzun müddət dərinizin gözəlliyini qoruya bilərsiniz. Bəs görəsən hansı idman növləri daha faydalıdır. Son  2 il ərzində aparılan araşdırmalar göstərib ki, əsasən qaçış, velosiped sürmək, üzgüçülük kimi idman növləri  dərini gəncləşdirir;  ümumi fiziki hazırlıq(çəkinmə, oturub-qalxma) əzələləri möhkəmləndirir, sürətli qaçış  ürək və damar üçün faydalıdır, yoqa və pilates isə öz növbəsində bədəni daha elastik edərək, onurğanı qoruyur. Eyni zamanda, idman yaşlanmanı ləngidir, qırışların qarşısını alır.

Samirə Tağıyeva, “İki sahil”