29 aprel 2022 23:32
998

Ginekoloji xəstəliklərə işarə edən gizli əlamətlər

İnsan bədənində hər şey bir-birinə bağlıdır. Bu əlaqəni dərk etmək müəyyən xəstəliklərin inkişafının qarşısını almağa kömək edir. "Qadın xəstəlikləri” haqqında hansı simptomların sizə xəbər verə biləcəyini aşağıdakı materialımızda oxuyun:

Polikistik yumurtalıq sindromu (PCOS) sonsuzluğa səbəb ola bilən qadın reproduktiv sisteminin xəstəliyidir. Çox vaxt ginekoloji orqanların ultrasəs müayinəsi ilə təsdiqlənir. Nələrə diqqət yetirmək lazımdır?

Bu xəstəliyin ən ciddi əlaməti menstruasiya dövrünün pozulmasıdır. Bununla belə, mütəxəssislərin fikrincə, hormonal problemləri göstərən bir sıra digər əlamətlər də var.

“The Sun” tədqiqatçılara istinadən yaydığı məlumatda sızanaqları polikistozun ən çox görülən yoldaşı olaraq seçdilər. Bu təəccüblü deyil - hər iki problem bədəndə hormonal fonun pozulması ilə bağlıdır. Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, söhbət yetkin qadınlarda kosmetik vasitələrlə müalicə edilə bilməyən sızanaqlardan gedir. Buna görə də üzünüzdə və bədəninizdə sızanaqlar varsa, biokimyəvi qan analizi verməlisiniz.
Hormonal disbalans saç tökülməsinə və ya əksinə, bədəndə həddindən artıq tüklərin görünməsinə, həmçinin piylənməyə səbəb ola bilər.

Bu, androgenlərin - kişi cinsi hormonlarının səviyyəsinin artması ilə əlaqədardır. Bu problemi həll etmək üçün hormonal səviyyələri normallaşdıra biləcək dərmanlar təyin edəcək bir ginekoloqun müayinəsinə yazılmağınız tövsiyə edilir.

Başqa bir həyəcanverici əlamət qarının aşağısında daimi ağrı ola bilər. Polikistik xəstəlik yumurtalıqlarda kistlərin görünüşü ilə xarakterizə olunur - maye ilə dolu boşluqlar yırtıldıqda narahatlıq gətirir.

Nubar Süleymanova, “İki sahil”