02 may 2022 11:07
829

Avroviziya şərhçimiz Murad olacaq

"Avroviziya 2022"də Azərbaycan şərhçisinin kimliyi açıqlanıb. 

“İki sahil” xəbər verir ki, şərhçi müğənni-bəstəkar Murad Arif seçilib. Müsabiqə İctimai Televiziyanın efirindən Murad Arifin şərhi ilə canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, bu il ölkəmizi müsabiqədə Nadir Rüstəmli təmsil edəcək. Yarışma mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçiriləcək.