03 may 2022 12:09
995

Kıvançın oğlunun kimə bənzədiyini açıqladı

Türkiyəli aktyor Kənan İmirzalıoğlu idman salonundan çıxarkən görüntülənib.

“İki sahil” xəbər verir ki, aktyor həyat yoldaşı Sinəm Koballa birlikdə həmkarı Kıvanç Tatlıtuğ və Başak Dizər cütlüyünü ziyarət etdiyini deyib.

O, yeni dünyaya gələn Kurt Efenin Kıvança bənzədiyini bildirib:

"Daha çox atasına bənzəyir. Qızıl sarısı saçları var. Uşaqdır, zamanla anasına da oxşayacaq".