20 may 2022 15:19
673

Vieyra onu ələ salan azarkeşi təpiklədi

İngiltərə Premyer Liqasının 33-cü turunun “Everton”la təxirə salınmış oyununda (2:3) “Kristal Pelas”ın baş məşqçisi Patrik Vieyra ilə rəqib azarkeşlər arasında insident baş verib.

“İki sahil” xəbər verir ki, 85-ci dəqiqədə “Everton”un hücumçusu Dominik Kalvert-Lyuin qonaqların qapısına qələbə qolunu vurub.

Bu qoldan dərhal sonra “Everton” azarkeşləri meydana daxil olublar. Azarkeşlərdən biri Vieyranı ələ salaraq ona orta barmağını göstərib. Fransalı məşqçi isə onu təpikləyib. Zərbə nəticəsində fanat qazona yıxılıb. Bir neçə azarkeş məşqçini itələsə də, onları ayırmaq mümkün olub.

Xatırladaq ki, bu qələbədən sonra "Everton"un Premyer Liqada qalacağı dəqiqləşib.