31 iyul 2022 11:10
1212

SOCAR-dan maraqlı paylaşım: Karbamid nədir və hansı sənayedə istifadə olunur?/VİDEO

Karbamid nədir və hansı sənayedə istifadə olunur?

“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı rəsmi "Facebook" səhifəsində paylaşım edib.

Paylaşımda qeyd edilib ki, karbamid ən keyfiyyətli azot gübrəsidir. Tərkibində 46.3 % azot elementi var. Suda asanlıqla həll olunur. Kənd təsərrüfatının inkişafına töhfə verir. Torpağın məhsuldarlığını dəfələrlə artırır. Asanlıqla daşına bilir. Əsas xammalı təbii qazdır. Təbii qazın əlavə dəyərini 2.5 dəfə artırır. 

"SOCAR Karbamid" zavodu 2019-cu ildə istismara verilib. Gündəlik istehsal həcmi 2000 tondur. İllik istehsal gücü 660 mim tondur. İstehsal olunan məhsulun 30 %-i daxili bazara, 70 %-i ixrac üçün nəzərdə tutulub. Daxili bazarın tələbatı tam ödənilir.

2022-ci ilin birinci yarısında "SOCAR Karbamid"in istehsal həcmi 23.3% artıb. 6 ayda ixrac həcmi isə 254% artıb. Həmçinin ixrac dəyəri 10 dəfədən çox artıb. İxrac olunan ölkələrin top 5-liyində Hindistan, Braziliya, Moldova, Türkiyə və Bolqarıstan yer alır.