08 avqust 2022 15:17
1266

Yaşıl enerji sektorunda süni intellektdən necə istifadə etmək olar? SOCAR paylaşım edib

"Süni intellekt (Sİ) sistemlərindən istehsalat prosesində əməyin təhlükəsizliyinin gücləndirilməsi, səmərəliliyin artırılması, istehsalat xətalarının  aradan qaldırılması və istehsalın düzgün proqnozlaşdırılmasında istifadə edilə bilər."

“İki sahil” xəbər verir ki,  bu barədə SOCAR-ın paylaşımında qeyd olunur. 

Həmçinin oaylaşımda bildirilir ki, istehlakçılar Sİ sistemlərini tətbiq edərək enerji xərclərini azalda və real vaxtda məlumatları təhlil edərək effektiv qərarlar verə bilərlər: "Bu sahə üzrə innovativ yeniliklərinizi təqdim etmək və yeni üfüqlərin kəşfində iştirak üçün sizi Hakatona dəvət edirik."