15 avqust 2022 13:10
480

Türkiyədə yağan leysan yağışları bir çox fəsadlara səbəb olub

Türkiyədə leysan yağışları bir çox fəsadlara səbəb olub.

“İki sahil” xəbər verir ki,  avqustun 15-də gecə saatlarından başlayaraq İstanbul və Ankara da daxil olmaqla, Türkiyənin bir çox bölgəsində leysan yağışları öz təsirini göstərib.

Güclü yağıntı səbəbindən Bursa vilayətində 260 evi su basıb, yollarda iri gölməçələr yaranıb. Bölgədə əsən güclü külək ağacları aşırıb, dam örtüklərini uçurub. Təbiət hadisəsi yollarda avtomobil qəzalarına da səbəb olub.

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) hadisə ilə bağlı verilən açıqlamada bildirilib ki, fəlakət bölgələrinə çox sayda canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, avqustun 14-də hidrometeoroloqlar tərəfindən Türkiyənin 17 vilayətində kəskin hava dəyişikliyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Yağıntıların axşam saatlarınadək davam edəcəyi proqnozlaşdırılır.