Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi növbəti həftə (05-09.09.2022 tarixləri) daha 5 şəhər və rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
“İki sahil” “Azəriqaz"a istinadən xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Samux şəhərində (İcra nümayəndəliyi, Arif Nəbiyev 54), 2-ci günü saat 15:00-dan 16:00-dək Gəncə şəhərində (Füzuli Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Goranboy şəhərində (Gənclər Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Göygöl şəhərində (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək Naftalan şəhərində (Nəriman Nərimanov Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb