Seymur Orucov: Gənclərimiz öz fəaliyyətləri ilə onlara göstərilən etimadı doğrultmağa çalışırlar

30 yanvar 2013 04:00
1000

“Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, ölkəmizdə gənclərə böyük diqqət və qayğı göstərilir. Onun sözlərinə görə, gənclərimiz öz fəaliyyətləri ilə onlara göstərilən etimadı doğrultmağa çalışırlar.

“YAP Gənclər Birliyi də partiya rəhbərliyinin dəstəyi ilə bir sıra layihələr həyata keçirməkdədir. Təşkilatımız bu layihələrlə ölkəmizdə formalaşan sağlam və intellektual nəslin inkişafına öz töhfəsini verməyə çalışır və sabahımızı daha böyük inamla qurmaq üçün gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırır”- deyə, S.Orucov vurğulayıb.