04 oktyabr 2022 14:49
471

Cəbrayıl bizimdir, Qarabağ Azərbaycandır!

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimzin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan 44 gün ərzində mümkün olmayanı bacardı. Azərbaycan Vətən müharibəsini yalnız döyüş meydanında aparmırdı.

Paralel olaraq ölkəmiz informasiya müharibəsi də aparırdı. Bu, zamanın tələbindən irəli gəlirdi. Döyüş meydanında əks-həmlə əməliyyatlarına rəhbərlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsinə də özü şəxsən rəhbərlik edirdi. 44 gün ərzində dünyanın tanınmış və nüfuzlu informasiya agentliklərinə 30-dan çox müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı olan, haqq işimizə kölgə salmağa çalışanlara öz siyasi bacarığı ilə anındaca cavab verir, ölkəmiz haqqında feyk məlumatlar əsasında formalaşdırılan fikirləri öz tutarlı fakt və arqumentləri ilə alt-üst edirdi. Bir sözlə, Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə isə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu. Həmin 44 gündə bütün xalq birlik göstərir, torpaqlarımız qarış-qarış alınması xəbərini sevincə qarşılayırdı. Xalqımız üçün sevincli xəbərlərin biri də Cəbrayılın işğaldan azad olunduğu gün olmuşdur.

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Cəbrayılın azad olunmasında qısa müddət sonra 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır” bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir.

Bu gün azad edilmiş ərazilər bərpa olunur, ərazilər minalardan təmizlənir və əhalinin öz torpaqlarına qaytarılması ilə bağlı sürətli işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə qisa müddət keçməyinə baxmayaraq quruculuq bərpa işləri sürətlə davam edir. Ölkə başçısı Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfərində həmin torpaqlarda Erməni vandalizmini izləri sürətlə silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast­rukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur.  Bir sözlə Qarabağımıza yeni nəfəs gəlir.

Məmləkət Qaraçobanova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı