Goranboyda Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin yeddi mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.
Mərasimdə Milli Qəhrəmanın əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Qeyd edək ki, Maşallah Abdullayev 1992-93-cü illərdə Birinci Qarabağ müharibəsi ərəfəsində könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə fəal iştirak etmiş, Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olmuşdur.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq