Milli Məclisin deputatı Ramil Həsən 8 Noyabr Zəfər Günü ilə əlaqədar Gənclər Təşkilatları Milli Şurası- NAYORA-da gənclərlə görüşüb.
“İki sahil” xəbər verir ki, NAYORA-ya üzv gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan həqiqətlərinin gənclər təşkilatları vasitəsilə dünyaya çatdırılması və həyata keçirməli olan fəaliyyətlər, beynəlxalq təmsilçiliyin ölkəmiz üçün əhəmiyyəti kimi mövzularda müzakirələr aparılıb, həmçinin görüş iştirakçılarının ünvanladıqları suallar cavablandırılıb.
Sonda deputat Ramil Həsən NAYORA-nın xatirə dəftərinə öz xoş arzularını yazıb və xatirə şəkli çəkilib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq