Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsinə 200 000 çəkikimi balıq körpəsi buraxılıb.
“İki sahil” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
“Ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi, biomüxtəlifliyin qorunması və su bioresurslarının bərpasına kömək məqsədilə bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq”.
F.Əliyev təbii su hövzələrinə balıq buraxılışı tədbirlərinin noyabrın sonunadək davam edəcəyini qeyd edib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq