Biləsuvar rayonunda ağacəkmə aksiyası keçirilib və yeni meşə massivi salınıb.
“İki sahil” xəbər verir ki, 8 noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyasında 17 000 ədəd ağac əkilib.
Bunun nəticəsində Biləsuvar–Cəlilabad avtomobil yolunun Aşağı Cürəli kəndi ərazisindən keçən hissəsində yeni meşə massivi yaradılıb.
Aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, bu cür ağacəkmə kampaniyalarında əkilən ağaclar mühafizə olunmalı, vaxtlı-vaxtında suvarılmalı və qorunmalıdır.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq