Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə baş çəkiblər, Zəfər Günü münasibəti ilə şəhidlərimizin ailə üzvlərini təbrik ediblər.
“İki sahil” xəbər verir ki, polis əməkdaşları onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər, gətirdikləri sovqatları təqdim ediblər.
Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı qeyd edilib. Mərd oğullarımızın qəhrəmanlıqla dolu döyüş yolu xatırlanıb, hər birinin göstərdiyi igidlikdən bəhs olunub.
Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlığını bildiriblər.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq