Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakı-Şamaxı-İsmayıllı marşrutu üzrə Zəfər Gününə həsr olunan “Offroad” yürüşü keçirilib.
“İki sahil” xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən yürüş Bakıda Heydər Əliyev Mərkəzinin qarşısından başlayıb və dəniz səviyyəsindən 1634 metr yüksəklikdə yerləşən İsmayıllı rayonunun Burovdal kəndində başa çatıb.
Yürüşün sonunda tədbir iştirakçıları İsmayıllı rayon Burovdal kənd orta məktəbinin şagirdlərinə müxtəlif hədiyyələr təqdim edib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq