“Davam” Gənclər Hərəkatı tərəfindən 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq keçirilən “ZəfərimİZ” kampaniyası çərçivəsində gənclərlə və gənclər üçün ümumrespublika miqyaslı silsilə tədbirlər davam edir.
Gənclər Hərəkatından "İki sahil"ə verilən məlumata görə, kampaniya çərçivəsində növbəti görüşlər Qobustan Gənclər Evi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında baş tutub. Görüşlər zamanı Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı Zəfər yolu, regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, “Davam” Gənclər Hərəkatının fəaliyyəti, gördüyü işlər və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.
Ümumilikdə kampaniya çərçivəsində Qobustan və Şamaxıda keçirilən görüşlərdə 300-ə yaxın gənc iştirak edib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq