Milli Məclisin deputatı Səbinə Xasayeva Zəfər Günü ərəfəsində - noyabrın 7-də Yasamalda şəhid leytenant Ravil Mübariz oğlu Hümbətovovun ailə üzvlərini ziyarət edərək onların problem və qayğıları ilə maraqlanıb, ailəyə bayram sovqatı təqdim edib.
“İki sahil” xəbər veri ki, şəhidin anası göstərilən diqqət və qayğıya görə, Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, Ravil Mübariz oğlu Hümbətov 10 yanvar 1987-ci ildə Cəbrayıl rayonunun Yarəhmədli kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Ailəli idi, 2 (iki) qızı yadigar qalıb.
Leytenant Ravil Hümbətov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq