Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar Xəzər rayonunda silsilə tədbirlər çərçivəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, noyabrın 8-də Xəzər rayonu Qala qəsəbəsində baş tutan ağacəkmə aksiyasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP-ın rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının əməkdaşları, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.
Aksiya zamanı müxtəlif növ həmişəyaşıl ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq