Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edib.
“İki sahil” xəbər verir ki, tviterdə paylaşılan təbrikdə qeyd edilib:
“Can Azərbaycanın 8 Noyabr Zəfər Günü mübarək olsun. Qarabağı dastanlı qələbə ilə yenidən azadlığa qovuşduran bütün şəhidlərimizi və qəhrəman qazilərimizi yad edirəm.
Özümüz bir, şüarımız bir millət iki dövlətdir”.