8 noyabr Zəfər Günü ilə əlaqədar çoxsaylı paylaşımlara görə #Azerbaijan həştəqi tviterin dünya trendində 1-ci yerə yüksəlib.
“İki sahil” xəbər verir ki, ikinci yeri #KarabakhisAzerbaijan, üçüncü yeri isə #Shusha həştəqi tamamlayıb.
Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı təbrik paylaşımları edilir. 2020-ci ilin 8 noyabrında Vətən müharibəsində qələbənin ikinci ildönümü münasibətilə bayram tədbirləri təkcə respublikamızda deyil, ölkəmizdən xaricdə də keçirilir.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq