27 noyabr 2022 22:16
213

Bakıda nişanın dəyişməsindən xəbərsiz olan sürücü qəza törədib

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

"İki sahil" xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

“BMW” markalı avtomobili idarə edən sürücü əks istiqamətdə hərəkətdə olan zaman sükana nəzarəti itirərək maşınını bardürə çırpıb. Qəza zamanı səırnişin xəsarət alıb. Sürücü APA-ya bildirib ki, o uzun müddətdir Türkiyədə yaşayırdı. Statistika dairəsində yol hərəkəti qaydalarını və nişanlarının dəyişilməsindən məlumatı olmayıb. Buna görə də o, əvvəlki istiqamətdə hərəkət edib.

Əraziyə polis əməkdaşları gəlib.

Avtotexniki ekspertiza təyin edilib. Deformasiyaya uğrayan avtomobil cərimə meydançasına yerləşdirilib.