30 noyabr 2022 18:35
291

Geodeziya və Kartoqrafiya Agentliyinin Nizamnaməsi təsdiq edilib

“Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.

“İki sahil” xəbər verir ki,  bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

Agentliyin İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 (üç) üzvdən – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.

Agentliyin nizamnamə fondu 872851,94 (səkkiz yüz yetmiş iki min səkkiz yüz əlli bir manat, doxsan dörd qəpik) manatdır.