03 dekabr 2022 17:08
472

İpoteka və Kredit Zəmanət Fondu 42 minə yaxın kredit verib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən "İki sahil"ə verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 41 min 914 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 387 milyon 441 min 960 manatdır.