03 dekabr 2022 22:36
576

Əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günüdür. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillyi olan şəxslərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

Azərbaycan dövləti ölkədə fiziki məhdudiyyətli insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işlərinə də böyük önəm verməkdədir. 13 dekabr 2006-cı il tarixində "Əlillərin hüquqları haqqında" beynəlxalq konvensiyanın Fakültətiv Protokoluna qoşulmaq qərarı buna bariz nümunədir.

Ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlara əsasən, Əlilliyi olan Şəxslərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət  Əlilliyi olan vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Dövlət başçımızın uğurlu sosial siyasətinə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturu daim təkmilləşdirilir. Həmçinin Əlilliyi olan Şəxslərə qayğı məsələsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əməyi də böyükdür. Məhz bu fondun köməkliyi ilə Əlilliyi olan şəxslər üçün xüsusi mərkəz tikilib, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir, diabetli xəstələr üçün dərmanlar alınır və sair.

Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün dəstək olmağa çalışaq. Hər zaman öz sevgimizi və qayğımızı onlara göstərək.

Bütün fiziki məhdud şəxslərə sağlamlıq arzu edirik.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor