Ukraynanın müdafiə naziri Aleksey Reznikov işğaldan azad edilmiş Çernobaevkada yerləşən “Xerson” beynəlxalq hava limanında olub.
“İki sahil” xəbər verir ki, nazir bu barədə tviterdə yazıb.
Hava limanından fotosunu paylaşan A.Reznikov qeyd edib: “Bunlar Çernobaevkadakı Xerson beynəlxalq hava limanının lövhəsinin qalıqlarıdır. Ruslar şəhərin adının ilk üç hərfini tərcüməçi olmadan başa düşəcəklər - və bu, Ukraynadan ala biləcəkləri yeganə şeydir” – o, qeyd edib.
Xatırladaq ki, Ukrayna hərbçiləri Çernobaevkanı noyabrın 11-də azad ediblər.
https://twitter.com/oleksiireznikov/status/1598989565850632192?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1598989565850632192%7Ctwgr%5E9a45df2f017952cdc1aec8a75442d82cd3712445%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Foxu.az%2Fworld%2F670270
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb