Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonunda bazar günü altımərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.
“İki sahil” xəbər verir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb.
Məlumata əsasən, partlayışın baş verdiyi binanın birinci mərtəbəsində iş yerləri olub. Partlayış dalğasından binanın bir neçə divarı qismən uçub, qonşu binalarda şüşələr qırılıb, küçədə dayanan avtomobillərə ziyan dəyib.
Partlayışla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri araşdırılır.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb