04 dekabr 2022 17:51
476

Estoniya ukraynalılara maliyyə yardımı göstərəcək

Müharibə nəticəsində zərər çəkmiş ukraynalılar  Estoniya Qaçqınlar Şurasından maddi yardım ala bilərlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

Məlumata görə, maliyyə yardımının alınmasında üstünlük əhalinin ən həssas kateqoriyalarına verilir.

“Digər proqramlardan yardım almayanlar bu ödənişlərə arxalana bilərlər. Xüsusilə, Xarkov, Luqansk, Donetsk, Zaporojjya, Kiyev, Sumı, Çerniqov, Nikolayev və Odessa vilayətlərinin məcburi köçkünlərinə və ya yerli sakinlərinə pul köçürülə bilər” – deyə qeyd edilib.