Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Qətərdəki dünya çempionatında iştirak edən komandasının düşərgəsini tərk etmək istəyib.
“İki sahil” “Record” nəşrinə istinadla xəbər verir ki, 37 yaşlı hücumçu 1/8 final mərhələsində İsveçrə ilə keçirilən oyunun start heyətində yer almayacağını öyrənəndə bu addımı atmaq qərarına gəlib.

Baş məşqçi Fernandu Santuşun qərarına qəzəblənən kapitan əşyalarını yığaraq məskunlaşdıqları məkandan ayrılmağa hazırlaşıb. Lakin yığmada yenidən aparıcı oyunçu olacağına inanan ulduz futbolçu sonradan fikrini dəyişib.
Portuqaliya yığmasının İsveçrə üzərində 6:1 hesablı qələbə qazandığı qarşılaşmaya ehtiyatdan başlayan Ronaldu 74-cü dəqiqədə əvəzetmədən meydana daxil olub.
Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 10-da Mərakeşlə qarşılaşacaq.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Belarusda keçirilən çempionatda Azərbaycan oxatanları parlaq qələbə qazanıblar