"Sumqayıt" klubu son olaraq Fransanın "Qrenobl" komandasında çıxış etmiş Mamadi Banqreni transfer edib.
“İki sahil” xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Futbolçu ilə "1+2" illik müqavilə imzalanıb. 25 yaşlı vinger "Sumqayıt"da 11 nömrəli formada çıxış edəcək.
Banqre Fransanın "Tuluza" klubunun yetirməsidir. O, karyerası ərzində "Tuluza", "Trua", "Pau" və "Qrenobl" komandalarının formasını geyinib. Futbolçu Burkina Faso millisində isə 9 oyun keçirib.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Belarusda keçirilən çempionatda Azərbaycan oxatanları parlaq qələbə qazanıblar