08 dekabr 2022 18:00
1172

Qəsəbəni udan  qum təpəsi - FOTO

Bir çoxlarının fikrincə,  daha çox Asiya və ya Afrika ilə əlaqələndirilir. Məsələn,  İtaliya və İspaniyada quraq bölgələrə rast gəlmək olar, lakin onları səhra adlandırmaq olmaz. Baltikyanı ölkələrində qum təpələri var, lakin onlar sadəcə kiçik sahil zolaqlarıdır. Avropada  ən böyük səhralarından biri Fransada yerləşir. 

Daha doğru desək "Böyük Pila qumsalı" adlanan nəhəng qum təpəsi  3,5 min il əvvəl yaranıb və daim böyüməkdədir.  

Fransa sahillərində qum təpəsinin   artımı səbəbindən meşə zolaqları  hər il beş metr azalır. Bu səhranın nə səbəbdən yaranması hələ də məlum deyil. Deyilənlərə görə, Fransanın keçirdiyi hidrogen bombasının sınaqları okean və dənizlərdə yüzlərcə növ canlının məhvinə səbəb olub. Ancaq görünür, okean fransızlardan intiqam almağa başlayıb. Belə ki, Fransanın Atlantik okean sahillərində Avropanın ən böyük səhrası yarandıqdan sonra Qərbi Fransanın çimərlik zonası olan Arakon qəsəbəsi tamamilə qumlar altında qalıb. Dəniz səviyyəsindən 120 metr hündürlüyə qalxan qum təpəsi evləri, yolları, meşləri udmağa davam etməkdədir.

70 il əvvəl “ Böyük Pila qumsalı” 20-yə yaxın şəxsi evi uddu. 1980-ci illərdə isə  o, burada yerləşən  bütün yolu  da zəbt etdi. XVII əsrdən etibarən başlayan bu sirli təbiət hadisəsi bütün müdaxilələrə baxmayaraq böyüməkdədir. Afrikadakı Saxara səhrasını xatırladan qum təpəsi hər il 5 metr yüksəlir. Alimlərin hesablamalarına görə, Atlantik küləyi səbəbi ilə əmələ gələn “ Böyük Pila qumsalı”100 il ərzində iki dəfə böyüyəcək.

Əlavə edək ki, bu təbiət hadisəsi nəticəsində II Dünya müharibəsi zamanı nasistlər tərəfindən tikilən məşhur "Böyük Atlantik Divarı" artıq qumlar altında qalıb.

Ancaq onu da qeyd edək ki, hər il 2 milyon insan buranı  ziyarət edir. Hər il bura axın edən  turistlərin sayəsində bölgənin xəzinəsinə 11 milyard avroya yaxın vəsait  daxil olur.

Samirə Tağıyeva, “İki sahil”