09 dekabr 2022 21:34
809

Bir soğanla 50 nəfərlik bozbaş qonaqlığı - FOTO

Bu yazıda sizə insanlar tərəfindn yetişdirilən ən nəhəng tərəvəz və meyvələrdən bəhs edəcəyik. Qeyd edək ki, onlardan bir çoxları hətta rekordları qıraraq “ Ginnesin Rekordlar Kitabı” na daxil olmuşdular.

Balqabaq

Dünyanın ən böyük balqabağı 2016-cı ildə Belçikada yetişdirilib. Onu festivala gətirmək üçün fermer Mathis Villemijns yük maşınının xidmətindən istifadə etməli olub. Onun çəkisi  demək olar ki, 1200 kiloqram idi.  Bu nəhəng tərəvəz “Ginnesin Rekordlar Kitabı” na düşdü. İndiyə qədər heç kim daha böyük bir tərəvəz  yetişdirə bilməyib.  2014-cü ildə isə balqabağın rekordu yenilənib. O, 1,08 ton olub. İndiyə qədər heç kim daha böyük bir tərəvəz  yetişdirə bilməyib

Son illər ərzində ABŞ -da yetişdirilən  ən böyük balqabağın çəkisi  800 kiloqramdır. Həmin balqabaq "Tad Starr" şirkətinə aiddir.

Kələm

Dünyanın ən böyük kələmi Alyaskada Amerikadan olan bir ailə tərəfindən yetişdirilib. Bu yerin tərəvəz yetişdirmək üçün əlverişli havası olmasa da, lakin Evans buna nail oldu. 1997-ci ildə yetişdirilən bu kələm  “dünyanın ən böyük ağ kələm kimi” dərhal “Ginnesin Rekordlar Kitabı”na daxil oldu. Onun çəkisi 34 kiloqramdan bir qədər çox idi. Müqayisə üçün qeyd edək ki, bu, 8 yaşında bir uşağın orta çəkisidir.

Maraqlıdır ki,  Alyaskada yaşayan  10 yaşlı Kevin Dinkel daha ağır,  çəkisi 42 kiloqramdan olan kələm yetişdirdi. Bu nailliyətinə görə Dinkel iki min dollardan çox mükafat almışdı.

Soğan

Peter Glazebrook adlı insan dünyanın ən böyük soğanını yetişdirib. Belə ki, həmin soğanın çəkisi təxminən 8 kiloqramdır. Qeyd edək ki, nəhəng tərəvəz hətta 2011-ci ilin senyabr ayında “ Ginnesin Rekordlar Kitab”ında yer almışdı. Fermerin sözlərinə görə, yetişdirdiyi bir baş soğanla 50 nəfərlik bozbaş qonaqlığı təşkol etmək olar.

Şalqam

Dünyada ən böyük şalgam yetişdirmək rekordu Çinli fermerə məxsusdur. Tərəvəz 2015-ci ildə Çin Xalq Respublikasının cənubundakı Yun Nan əyalətində yetişdirilib. Şalgamın uzunluğu 120 santimetr, çəkisi isə 16 kiloqram olub və o, “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Bağban özü deyir ki, heç bir xüsusi gübrədən istifadə etməyib, sadəcə olaraq hər gün onu  yaxşıca suvarıb.

“Jackfruit”

Çəkisi və böyüklüyü qarpız qədər olan bu meyvə ağacda yetişir.

Malayziyada ağacda yetişən və dünyanın ən böyük meyvəsi olan “Jackfruit”in uzunluğu 1, diametri yarım metr, çəkisi isə 40 kq-dır. Bu meyvə axırıncı dəfə  Türkiyədə yetişdirilib.

Meyvənin banan və ananas ətrini xatırladan qoxusu var, dadı isə ananası xatırladır.

Malayziyadan idxal edilən “Jackfruit”nin xüsusi ilə dəriyə və sağlamlığa müxtəlif xeyri çoxdur.

Ananas

Ən böyük ananas 2011-ci ildə Avstraliya sakini tərəfindən yetişdirilib. 8 kiloqram 270 qram ağırlığında olan bu meyvənin yetişdirilməsi nə az, nə çox  17 il çəkib.  Fermerin sözlərinə görə, meyvə yetişdirilərkən heç bir süni böyümə stimulyatorundan istifadə edilməyib.  

Yerkökü

Ən böyük yerkökü 2017-ci ildə “Ginnesin Rekordlar Kitabı”na  daxil olub.  Amerikalı bağban ABŞ-da uzunluğu 50 santimetr olan nəhəng tərəvəz yetişdirməyi bacarıb. Kristofer bu nəticəni əldə etmək üçün heç bir kimyəvi əlavədən istifadə olunmadığını bildirir. Kökün çəkisi 10 kiloqram 180 qram olub. Kristoferin sözlərinə görə,  yetişdirdiyi kökün dadı digərlərindən heç də fərqlənmir.

Ən böyük kartof

Yeni Zelandiyanın Vaykato bölgəsindəki Ngahinapuridən olan Kolin və Donna Kreyq-Braun yaz əkini mövsümünə hazırlaşarkən bağçalarında nəhəng kartof aşkarlayıblar.

Çəkisi 7,9 kiloqram olan nəhəng kartofa "Doug" adı verilib. Bu, çəkisinə görə dünyanın ən böyük kartofudur.

Qeyd edək ki, cütlük dünyanın ən böyük kartofunu tapdıqlarını düşünsələr də, qənaətlərinin təsdiqi üçün müraciət etdikləri DNT testi bunun əksini göstərib. Belə ki, Kolin və Donna Kreyq-Broun cütlüyünün “Doug” adlandırdıqları nəhəng kartofu “Ginnesin Rekordlar Kitabı”na təqdim etdikdən sonra onlara məhsullarının kartof olmadığı deyilib.

Kolinə bildiriblər ki, test “Doug”un balqabaq kökü olduğunu müəyyən edib.

Ginnesin məyusedici məlumatına baxmayaraq, Kolin və Donna hələ də “Doug”u soyuducularında saxlayırlar.

Qarpız

ABŞ-ın Tennessi ştatının iqlimi planetin ən böyük giləmeyvə yetişdirilməsi üçün əlverişli şəraitlə xarakterizə olunur.

 Və dünyanın ən böyük qarpızı Tennessi ştatında amerikalı fermer tərəfindən yetişdirilib. Meyvənin çəkisi 150 kiloqramdan bir qədər çox olub.  Demək olar 2013-ci ildə “Ginnesin Rekordlar Kitabı”na daxil olan bu qarpız bir neçə  ailəni qidalandıra bilər. Kris deyir ki, nailiyyətinin heç bir sirri yoxdur, o, sadəcə bitkiyə qulluq edib və müntəzəm olaraq suvarıb.

Limon

2022-ci ildə İsraildə  5 kiloqram 300 qram ağırlığında olan  limon  yəhudi fermer Aharon Şemoel tərəfindən yetişdirilmişdi.   Onun bu nailiyyəti təbii ki, “Ginnesin Rekordlar Kitabı”na daxil oldu. Fermerin sözlərinə görə,o,  ömründə hələ belə dadlı limon dadmayıb.  Limon portağal kimi şirin idi və ölçüsünə baxmayaraq, onu  təmizləmək də asan idi.

Ən böyük limonun  rekordu  hələ də yenilənməyib.

Samirə Tağıyeva, “İki sahil”