07 yanvar 2023 03:17
785

Qəribə və hətta anlaşılmaz vərdişlər

Hər bir ölkənin mədəniyyəti çox fərqlidir. Onların vərdişləri  qəribə və  hətta anlaşılmazdır. Bu yazıda sizə müxtəlif ölkələr və onların sakinləri  haqqında topladığımız  məlumatları təqdim edirik.

Almanlar çox ciddi insanlar olsalar da  əylənməyi də çox sevirlər. Çox maraqlıdır ki, burada  küçələrdə qoyulan  zibil qutuları belə gülməli dizaynı ilə hər kəsin marağına səbəb olur.

ABŞ-da demək olar ki, bütün evlərin zirzəmisi və qarajı olur.

Heç bilirdinizmi ki, Birləşmiş Krallıqda 100 yaşı tamam olan insanlar Kraliça Elizabetdən xüsusi təbrik məktubu alırdılar?

Yaponiyada satış avtomatları istisnasız olaraq getdiyiniz hər yerdə mövcuddur.  Burada yalnız  içkilər üçün deyil, həm də sendviçlər, siqaret, jurnal və qəzetlər üçün müxtəlif  avtomatlar var.

Tailandda  restoranlar  həftə sonları Wi-Fi-ı söndürürlər.

Misirdə  duz qabına əl uzatmaq sizə süfrə açan insanı  təhqir etmək mənasını verir.

Çində ofislərdə  işləyən insanlar nahar yeməyindən sonra mütləq yatırlar.

Dünyada elə yer var ki, burada gecə qapılarınızı kilitləmədən belə yuxuya gedə bilərsiz. Əslində həmin bu yer dünyanın ən təhlükəsiz yeri sayılan Farer adalarıdır.

Farer adaları (Qoyun adaları)  — Atlantik okeanın şimal hissəsində, Şotlandiya ilə İslandiya arasında yerləşən adalar birliyidir. Keçiləri ilə məşhur olan bu ölkə "keçi ölkəsi" da adlanır. Burada həyat o qədər sakit və təhlükəsizdir ki,valideynlər heç nədən qorxmadan uşaqlarını təkbaşına həyətə buraxa bilirlər. Çox maraqlıdır ki, bu adalarda oğurluq hadisələrinə  nadir hallarda rast gəlinir. Hazırda Farer həbsxanasında cəmi 6 nəfər cəza çəkir.Bu da təxminən 100 min əhaliyə 19 nəfər deməkdir. Məsələn, Rusiyada 100 min əhaliyə 386 nəfər, ABŞ-da 655 nəfər məhkum düşür.

Avropalılar heç vaxt şüşə, plastik və batareyaları  zibil torbasına qoymazlar. Avropa ölkələrinin əksəriyyətində hər tullantı növü üçün ayrıca  zibil paketləri var. Xaricdə insanlar ətraf mühitin təmizliyinə çox riayət edirlər və buna görə də onlar ətrafı təmiz saxlayaraq, planetin bu yükünü mümkün qədər azaltmağa çalışırlar. Məsələn, İsveçdə plastik torbalar kağız torbalardan ikiqat bahadır və plastik qabda suyu 10 krona alırsızsa, onda bir kron əlavə ödəməlisiniz.  Əgər bir insan   həmin plastik qabı plastik qəbuledici maşına təhvil verərsə, onun ödədiyi bir kron ona geri qaytarılacaqdır.

Avropada, həmçinin  qohumlarınızı ziyarətə getdiyiniz zaman paltar və ya ətir hədiyyə alarkən üstündə qəbzi də alsanız heç də təəccüblənməyin.  Avropalılar adətən praktik hədiyyələrə üstünlük verirlər.

Cənubi Afrika Respublikası 3 paytaxtı olan yeganə ölkədir.  Dövlətin hökumət binası Pretoniya şəhərində, parlamenti Keyptaunda,ali məhkəməsi isə Blomfonteyndə  yerləşir.

Tailandda əhalinin çoxu buddist olduğuna görə, insanın başına toxunmaq böyük təhqir hesab olunur. Onların düşüncələrinə görə, baş insan  ruhunun  yerləşdiyi yerləşdiyi “müqqəddəs” yerdir.

Almaniyada  ictimai nəqliyyat çox dəqiq işləyir.

Ginedə evli qadını yoldan çıxaran kişilərin əl və ayaq barmaqları kəsilir və həmin kişi ilə əlaqədə olan qadına yedizdirilir. Bu, Afrikada ciddi bir cəza növü sayılır.

2022-ci ildə dünyanın ən bahalı şəhəri Nyu-York, ən ucuz şəhəri isə Dəməşq seçilib.

Yaponlar nə əl sıxmağı, nə də ki, qucaqlaşmağı heç sevmirlər.

Hindistanda adətən  heç bir yol qəzası dava-dalaşsız ötüşmür.

Avropanın bir çox ailələrində müəyyən yaşdan sonra  valideynləri ilə qalan övladlar onlara yaşadıqları  otağın kirayəsini ödəyirlər.

Şərab dünya tarixinin ən qədim içkilərindən biridir. Odur ki, əksər ölkələrin özlərinə məxsus şərab istehsalı və istehlakı vərdişləri vardır.  Məhz buna görə ABŞ-ın Kornell Universiteti də bu sahədə ixtisaslı kadrlar yetişdirmək üçün əsaslı addım ataraq sözügedən ixtisas üzrə tələbə qəbulu həyata keçirir.

Nigeriyada gəlin köçəcək qız toya qədər kökəlməlidir. Yox, əgər toya qədər kökəlməsə, onun toydan sonra kökəlmək üçün bir ay vaxtı var. Təzə gəlin bu bir ayda da arıq qalarsa əri onu geriyə, yəni ata evinə göndərir.

Hazırda dünyanın ən dəyərsiz pulu İran rialıdır. 1 ABŞ dolları 42 min İran rialına bərabərdir.

Dünyada ən sürətli internetə sahib olan ölkə Tayvandır. Tayvanda internetin orta yükləmə sürəti 85.02 MBPS-dir.

Çox maraqlıdır ki,  Dubay çox müasir şəhərlərdən biri olsa da,  burada hələ də ictimai yerlərdə öpüşmək olmaz. Bu incə məqam bir çox turistləri narahat etsə də, lakin hələ də qüvvədədir. Burada tətbiq olunan qanunlardan biri də odur ki, evli olmayan cütlük qapalı bir məkanda qala bilməz. Bu qanunlara riayət etməyən insanlar isə cəzalandırılır.

Burada, həmçinin  son illər ərzində burada 600 mindən çox erotik məzmunlu saytlar  bloklanıb. Dubayda nəinki erotik saytlar, həmçinin qumar və  tanışlıq saytlarının hər hansı bir təzahürü qadağandır.

Heç bilirdinizmi ki, İtaliyanın Ponti bölgəsində yaşayan insanlar Pasxa bayramı ərəfəsində 40 gün ərzində 1000 yumurtadan hazırlanmış omlet yeyirlər?

İsraildə hərbi xidmət yəhudi kişilər və qadınlar üçün məcburidir. Kişilər üçün bu müddət 3 il, qadınlar üçün isə 2 ilə bərabərdir.

Samirə Tağıyeva, “İki sahil”